Cəmiyyət

Rauf Mirqədirov Müalicə Müəssisəsinə köçürüldü

28 Avqust 2015 14:48
0 Şərh     Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həbsdə olan jurnalist Rauf Mirqədirov Ədliyyə Nazirliyi Penitensiar xidmətin müalicə müəssisəsinə köçürülüb.

Bu barədə APA-ya məlumat verən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasında saxlanılan R.Mirqədirov müalicə və müayinə məqsədi ilə bir neçə gün əvvəl Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb: "Müalicəsi başa çatdıqdan sonra yenidən istintaq təcridxanasına qaytarılacaq".

Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.