Cəmiyyət

Gün var əsrə bərabər: Ötənləri yada salaq

28 Avqust 2015 09:28
0 Şərh     Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1918 - Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edib.

Milli.Az anspress-ə istinadən bugünkü tarixdə baş vermiş mühüm hadisələri təqdim edir. 

Bu günün namaz vaxtları 

Fəcr - 05.49
Günəş - 07.03
Zöhr - 13.46
Əsr - 18.02
Məğrib - 20.36
İşa - 21.59

430 - xristian ilahiyyatçısı Avreli Avqustin vəfat edib. (d. 354).

1521 - Belqrad Osmanlı ordusu tərəfindən fəth olunub. 

1749 - Almaniyalı şair və dramaturq Yohan Volfqanq Höte anadan olub. (ö. 1832).

1833 - Britaniya Parlamenti Britaniya İmperiyasının əksər ərazilərində köləliyi ləğv edən qanunu qəbul edib. 

1918 - Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edib. Hökumət, həmçinin ölkənin bütün məktəblərində türk (Azərbaycan) dilinin icbari qaydada tədris olunması barədə qərar qəbul edib. 

1919 - Xalq Cümhuriyyətinin parlamenti Azərbaycan Dövlət Bankının yaradılması barədə qanun qəbul edib. Bank sisteminin mərkəzləşdirilməsi barədə müzakirələr 1918-ci ildən getsə də, hökumət və parlament daxilində fikir ayrılıqları onun reallaşmasına imkan verməmişdi. Dövlət Bankı həmin ilin oktyabrında fəaliyyətə başladı. 

1935 - Azərbaycanlı yazıçı Əlibala Hacızadə dünyaya gəlib. 

1963 - Martin Lüter Kinq özünün məşhur "I Have A Dream" (Mənim bir arzum var) nitqini söyləyib. 

1968 - azərbaycanlı aşıq Aşıq Xındı Məmməd vəfat edib. (d. 1896)

1988 - Almaniyanın Ramştayn hərbi bazasındakı hava göstərisi zamanı təyyarələrdən biri tamaşaçıların üzərinə düşüb. 

1991 - Ukrayna SSRİ-nin tərkibindən çıxdığını elan edib. 

1995 - ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi postu təsis olunub. Şəxsi nümayəndənin mandatına münaqişə zonasında atəşkəs rejiminə nəzərət, qoşunların təmas xəttində monitorinqlərin keçirilməsi daxildir. 

2000 - Prezident Heydər Əliyev yeni yaradılan Apellyasiya Məhkəməsinin üvlərinin təyinatı ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, aşağı instansiya məhkəmələri ilə Ali Məhkəmə arasında 2-ci pillə rolunu oynayan Apellyasiya Məhkəməsinin 38 hakimi təyin edilib. 

2003 - Prezident Heydər Əliyevin imzaladığı əfv fərmanına əsasən, 70 məhbus, o cümlədən dövləti cinayətlərə görə məhkum edilmiş 44 nəfər azadlığa buraxılıb. 

2007 - Bakıda M.Muxtarov küçəsi 185 ünvanında inşa edilən 16 mərtəbəli binanın çökməsi nəticəsində 27 nəfər həlak olub. Qəza tikintinin mühəndislik və texniki təhlükəsizlik normalarına uyğun aparılmaması nəticəsində baş verib.

2007 - Türkiyə Respublikasının 11-ci prezidenti Abdulla Gül vəzifəsinin icrasına başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.