Cəmiyyət

Bu il ADA Universitetində 40 ölkədən olan 103 tələbə təhsil alacaq

27 Avqust 2015 17:23
Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ADA Universitetində bu tədris ilində bakalavr və magistr pillələrində 40 ölkədən 103 tələbə təhsil alacaq. Bu barədə Universitetdən Trend-ə verilən məlumatda bildirilir.

Onların arasından 52 xarici tələbə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşən Əlimərdan bəy Topçubaşov Təqaüdünü qazanıb. Səkkiz nəfər isə ADA Universitetinin beynəlxalq tərəfdaşları olan universitetlərdən, o cümlədən, Böyük Britaniyanın Glasgow Universiteti, Fransanın İESEG Menecment Məktəbi, Cənubi Koreyanın Hankuk Universiteti, ABŞ-ın Miçiqan Universiteti və Türkiyənin Giresun Universitetindən mübadilə tələbələridir.

"Qlobal liderlik" fəlsəfə sütünlarından biri olan ADA Universitetində tədris prosesinin beynəlmiləl olmasına böyük əhəmiyyət verilir. Belə ki, Universitetin tək tələbə deyil, professor-müəllim heyətinin də bir qismi xarici mütəxəssilərdən ibarətdir.

Universitetin Hökumət, Beynəlxalq Münasibətlər və Tələbə Məsələləri üzrə prorektrou Fariz İsmayılzadə bildirib ki, məqsəd innovativ təhsil verməkə yanaşı, tək bölgədə deyil, bütün dünyada müsbət dəyişikliklərin aparıcı qüvvəsinə çevriləcək məzunlar hazırlmaqdır: "ADA Universitetinin beynəlxalq tələbələrinin coğrafiyası bu il bir qədər də genişlənərək Əlcəzair, Kolumbiya, Misir, İtaliya, Hindistan, İraq, Almaniya kimi ölkələri də daxil edib. Bu isə ADA Universitetinin və Azərbaycanda verilən təhsilin tək bölgədə deyi, bütün dünyada tanınmağa başladığından xəbər verir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.