Cəmiyyət

Bakıda tüğyan edən ziyanlı adrenalin - VİDEO

27 Avqust 2015 15:02
0 Şərh     Baxış: 1 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhər Dövlət Yol Polisi tərəfindən son günlər paytaxtda motosiklet sürücülərinə qarşı həyata keçirilən tədbirlər cəmiyyətdə birmənalı qarşılanmır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, motosikletçilərin saxlanılması, cərimə meydançalarına aparılması ilə bağlı baykerlər müxtəlif qurumlara, o cümlədən ölkə rəhbərliyinə müraciət edərək bu cür saxlanılmaların qanunsuz olduğunu hesab edirlər. Bununla bağlı həm sosial şəbəkələrdə, həm də internet saytlarında bir çox videolar da paylaşılıb.

Məlumatlara görə paytaxtdakı bu əməliyyatlar Bakı şəhər DYP-nin rəis müavini Rəşadət Babayevin əmri ilə həyata keçirilir. Elə baykerlər də, əsasən, ondan şikayətçidirlər. 

Məsələ ilə bağlı R.Babayev açıqlama verib. O bildirib ki, paytaxtda motosikletçilərə qarşı əməliyyatlar, həqiqətən də, onun tərəfindən həyata keçirilir və icrasına şəxsən özü nəzarət edir. Rəis müavininin sözlərinə görə, son vaxtlar Bakı şəhərində baykerlərin fəaliyyəti ciddi narahatlıq doğurur: "Təsəvvür edin ki, ziyalı bir insan yorğun halda işdən gələrək evində istirahət etmək istəyir. Həmin vaxt baykerlər küçələrdə gurultulu səslərlə motosikletlə o tərəf bu tərəfə şütüyürlər. Böyük əksəriyyəti də adrenalin almaq üçün belə edirlər. Yüksək sürətlə təhlükə yaradırlar, qaz verirlər və gurultu qopardırlar. Əlbəttə ki, motosiklet idarə olunması qanunla qadağa olunmur. Lakin onun idarəsi qanunda nəzərdə tutulduğu kimi həyata keçirilməlidir, tələblərə cavab verməlidir. Qeyd edim ki, bir neçə avtomobili olan adamların bəzən 4-5 motosikleti olur. Hər birinin də qiyməti 200-300 minlikdir".

R.Babayev, həmçinin səkkiz ay ərzində baykerlərə qarşı həyata keçirilən tədbirlər barədə də məlumat verib. O qeyd edib ki, bu müddət ərzində 19 hadisə, 8 ölü, 9 yaralı ilə nəticələnən olay motosikletçilərin iştirakı ilə baş verib: "Bundan əlavə, tələblərə cavab verməyən 56 motosiklet barəsində də tədbir görülüb, 300-ə yaxın protokol tərtib edilib. Onlardan 5-i sərxoş halda saxlanılan sürücülərdir, 2 motoxuliqan qeydiyyata düşüb".

Onların bir çoxunun harın insanlar olduğunu vurğulayan R.Babayevin sözlərinə görə, belə olan halda həmin şəxslərin kef çəkib insanları narahat etmələrinə polis yol verə bilməz: "Piyada səkilərinə çıxaraq insanları da narahat edirlər. Polis onları tutmaq istəyərkən qaçırlar. Buna qarşı da yol polisinin moto tağımı mübarizə aparır. Yalnız moto ilə poçt, qida daşıma xidməti həyata keçirən şəxslər saxlanılmır. Yerdə qalanlarla bağlı isə tədbirlər davam etdirilir, ölçü götürülür, standartlara cavab verib-vermədiyi müəyyənləşdirilir. Əgər hər şey qaydasındadırsa, heç bir tədbir görülmür".

Milli.Az

Videonu izləmək üçün klikləyin:

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.