Cəmiyyət

Qəbiristanlıqlarımız niyə yanır? - FOTO

27 Avqust 2015 14:08
1 Şərh     Baxış: 1 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yay ən çox yanğın baş verən yerlərdən biri də qəbiristanlıqlar oldu. Ərazinin quraq olması və ya ani diqqətsizlik tez bir zamanda alovlanmaya səbəb olurdu.

Kəpəz TV Region TV xəbər verir ki, Ağstafanın ən böyük kəndi olan Dağkəsəmən qəbiristanlığıda gün ərzində bir neçə dəfə yanğınsöndürən maşınların çağırıldığı məkanlardan olub. Əcdadlarımızın dəfn oldunduğu ərazidə kol-kos üstünlük təşkil etdiyindən bura tez-tez alovlanaraq sakinləri həyəcanlandırırdı. Yanğın zamanı qədim taxta qəbirlər yanaraq kül olur, müasir mərmər daşları isə çatlayaraq yararsız hala düşürdü.

Yerli sakinlər belə xoşagəlməz halların baş verməməsi üçün qəbiristanlıqların tez-tez təmizlənməsini və quru otların kənar yerlərdə yandırılmasını vacib sayırlar. Bundan başqa kənd bələdiyyələri də əraziləri diqqətdə saxlayaraq belə təhlükələrin qarşını almalıdırlar.    

Milli.Az                                             

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.