Cəmiyyət

Ermənilərin Ağdərədə inşa etdiyi hərbi akademiyanın tikintisi dayandırıldı

27 Avqust 2015 12:18
4 Şərh     Baxış: 1 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənilərin Azərbaycanın işğal olunmuş Ağdərə rayonun Vəng kəndində tikdiyi hərbi akademiyanın tikintisi dayandırılıb.

APA-nın news.am saytına istinadən verdiyi xəbərə görə, bu barədə kəndin "icra nümayəndəliyi"ndən bildirilib. Tikintinin dayandırılmasının səbəbi və bundan sonra davam edib-etməyəcəyi barədə məlumat verilməyib.
 
Qeyd edək ki, akademiyanın tikintisini erməni iş adamı, Dağlıq Qarabağdakı separatçı rejimin himayəçilərindən sayılan Levon Ayrapetyan maliyyələşdirirdi.
 
Moskvada "Başneft" işi üzrə saxlanılan, çirkli pulların yuyulmasında, maliyyə fırıldaqlarında ittiham olunan Levon Ayrapetyan sonradan ev dustaqlığına buraxılıb. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.