Cəmiyyət

Gün var əsrə bərabər: Ötənləri yada salaq

27 Avqust 2015 10:35
3 Şərh     Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1908-ci ildə "Hicaz" dəmiryolu fəaliyyətə başladı və İstanbuldan ilk qatar Mədinəyə yola düşdü

Milli.Az anspress-ə istinadən bugünkü tarixdə baş verən mühüm hadisələri təqdim edir. 

Miladi: 27 avqust 2015

Hicri: 12 zilqədə 1436

İlin 238-ci günü
İlin sonuna 127 gün qalır

Bu günün namaz vaxtları 

Fəcr - 05.48
Günəş - 07.02
Zöhr - 13.47
Əsr - 18.03
Məğrib - 20.38
İşa - 22.01

e.ə.551-ci ildə Çin filosofu Kon Fu Dzı anadan olub

1576-cı ildə italiyalı rəssam Tisian vəfat edib

1590-cı ildə Roma papası V Sikst vəfat edib

1632-ci ildə hollandiyalı mikrobioloq Antoni van Levenhuk vəfat edib

1770-ci ildə alman filosofu Georq Hegel anadan olub

1813-cü ildə Drezden döyüşündə Napoleon Rusiya, Prussiya və Avstriyanın müttəfiq qüvvələri üzərində qələbə qazanıb 

1860-cı ildə Savoya əyaləti Fransanın tərkibinə daxil olub

1863-cü ildə azərbaycanlı şair Bахış bəy Səbur anadan olub

1871-ci ildə amerikalı yazıçı Teodor Drayzer anadan olub

1874-cü ildə Fransanın 16-cı prezidenti Vensan Oriol anadan olub

1883-cü ildə Krakatau vulkanının püskürməsi nəticəsində yaranan sunamidən İndoneziyada 36 min insan həlak olub

1908-ci ildə "Hicaz" dəmiryolu fəaliyyətə başladı və İstanbuldan ilk qatar Mədinəyə yola düşdü

1928-ci ildə Brian-Kelloq Paktı imzalanıb 

1932-ci ildə amerikalı tarixşünas David Fromkin anadan olub

1939-cu ildə Alman mühəndisi Ernst Heynkelin tikdiyi reaktiv mühərrikli təyyarənin ilk uçuşu baş tutub

1941-ci ildə kabo-verdeli müğənni Sezariya Evora anadan olub

1955-ci ildə Ginnesin rekordlar kitabı Böyük Britaniyada satışa buraxılıb 

1958-ci ildə ilk stereu plastinkalar satışa çıxarıldı

1971-ci ildə amerikalı fotoqraf Marqaret Burk Uayt vəfat edib

1977-ci ildə portuqaliyalı futbolçu Deko anadan olub

1984-cü ildə azərbaycanlı yunan-roma güləşçisi Vitali Rəhimov anadan olub

1989 - Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Dağlıq Qarabağın erməni əhalisinin "səlahiyyətli nümayəndələr qurultayı"nın qərarlarını qeyri-qanuni elan edib. Erməni separatçıları avqustun 16-da Stepanakertdə (Xankəndi) "qurultay" keçirərək Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar vilayət statusundan imtina edilməsi barədə qərar qəbul ediblər. 

1991 - Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında muxtar respublika ərazisində Sov.İKP-nin və komsomol təşkilatının fəaliyyətinin dayandırılması və onların əmlakının milliləşdirilməsi haqqında qərar qəbul edilib. Ali Məclis Moskvada kommunust-revanşist qüvvələrin "avqust qiyamı"nı pisləyən bəyanat qəbul edib. Cəmiyyətin tələbinə baxmayaraq Azərbaycanın o vaxtkı partiya-sovet rəhbərliyi bu məsələdə hələlik susmağa üstünlük verirdi. Həmin gün Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə şəhərin mərkəzi meydanında Leninin heykəli sökülüb və meydana rəsmən "Azadlıq" meydanı adı verilib. 

1991-ci ildə Moldova müstəqilliyini elan edib

1992-ci ildə Azərbaycan Respublikası Qvineya Bisau ilə diplomatik əlaqələr qurub 

1998-ci ildə azərbaycanlı kinorejissor Tofiq Tağızadə vəfat edib

2005 - MDB dövlət başçılarının Kazanda (Rusiya, Tatarıstan) keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında Dağlıq Qarabağ nizamlanması ilə bağlı növbəti görüş keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.