Cəmiyyət

Gələn ay iş saatları dəyişdirilə bilər - VİDEO

27 Avqust 2015 10:09
3 Şərh     Baxış: 2 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi bir daha işə götürənlərə müraciət edib.

Yeni tədris ilinin başlamasına az bir müddət qalıb. Bu vaxtda isə yarana biləcək tıxacların qarşısının alınması üçün bəzi özəl və bank sektorlarına müraciət edilib. Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi bir daha işə götürənlərə müraciət edib.

Milli.Az ANS TV-yə istinadən xəbər verir ki, işə götürənlərə iş saatlarının dəyişdirilməsiylə bağlı artıq müraciət ünvanlanıb. Dövlət əmək müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə bildirdi ki, bu əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Sözügedən tövsiyə artıq avqust ayından bildirilib. Hazırda isə hansı şirkətlərin tövsiyəyə əməl edib-etmədiyi sentyabr ayının əvvəlində bilinəcək.

Bakı şəhərində ictimai şəhər nəqliyyatının iş rejimini normallaşdırmaq və avtomobil yollarında tıxacların yaranmasına şərait yaratmamaq məqsədilə iş vaxtının özəl sektorda saat 07:30 - 08:00 radələrində, bank sektorunda isə saat 10:00-dan başlanması tövsiyə olunub.

"İş vaxtının dəyişdirilməsi Əmək Məcəlləsinə uyğun bir şəkildə həyata keçirilməlidir. Yəni burada işçilərin iş vaxtı və nahar fasiləsiylə bağlı vaxt dəyişdirilməməlidir. Nahar fasiləsi bir saatdırsa, bu dəyişdirilməməlidir. Gündəlik 8 saatlıq iş saatı nəzərdə tutulubsa, bu dəyişdirilməməlidir. Sadəcə olaraq, özəl sektorda iş bir qədər tez başlasın. Təbii ki, dövlət və büdcə təşkilatları saat 9-da, bank sektoru isə saat10-da", - deyə DƏMX-nin rəisi Fuad Əlizadə bildirib.

Artıq Təhsil Nazirliyi də Nazirlər Kabinetinə məktəblərdə dərs vaxtının dəyişdirilməsilə bağlı təklif göndərib. 

Təklifdə bildirilir ki, yuxarı siniflərin bir az erkən, məsələn, saat 08.00-da dərsə başlaması, ibtidai siniflərdə isə bu vaxtın ondan 45-50 dəqiqə sonra, yəni 08.50 və yaxud 09.00-a dəyişdirililsin.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.