Cəmiyyət

Vasif Talıbov təltif etdi - FOTO

3 Sentyabr 2015 19:52
Baxış: 2 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Şöhrət" və üçüncü dərəcəli "Vətənə xidmətə görə" ordenlərinin, "Tərəqqi", "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "İgidliyə görə" və "Dövlət qulluğunda fərqlənməyə görə" medallarının, eləcə də Azərbaycan Respublikasının fəxri adlarının təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün 38 nəfərə Azərbaycan Respublikasının orden, medal və fəxri adları təqdim olunur. Təqdimat mərasimi əlamətdar tarixdə - sentyabrın 3-də keçirilir. 1991-ci il sentyabrın 3-də ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir.

Ali Məclisin Sədri təltif olunanları ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsinin ildönümü və dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək deyib: 3 sentyabr Azərbaycan tarixində əlamətdar gündür. 1991-ci il sentyabrın 3-də Ulu Öndərimizin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın siyasi həyatında əlamətdar hadisə oldu. Həmin dövrdə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi təkcə Naxçıvanın deyil, ümumilikdə Azərbaycanın taleyüklü məsələləri ilə bağlı Ali Məclisin sessiyalarında müzakirələr aparmış, mühüm qərarlar qəbul etmiş, ölkədə həyata keçirilən yanlış siyasətə qarşı etirazını bildirmişdir. Əgər 1991-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsəydi, bu gün müstəqil Azərbaycan da olmayacaqdı. Bu tarix Azərbaycana dövlətçilik, inkişaf, birlik, sabitlik və əmin-amanlıq gətirdi.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə Ulu Öndərin müəyyənləşdirdiyi yolun inkişaf etdirilməsində yaxından iştirak edən, sədaqət göstərən insanların əməyi layiqincə qiymətləndirilir. Bu gün orden, medal və fəxri adlarla təltif olunanlar da ölkəmizin inkişafında fəaliyyətləri ilə fərqlənən şəxslərdir.

Ali Məclisin Sədri təltif olunanların bundan sonra da ölkəmizin inkişafına və dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə töhfə verəcəklərinə əminliyini bildirib, orden və medalların, Azərbaycan Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.

Təltif olunanlardan Güllər Məmmədova, Əsgər Əsgərov, Ərəstun Sadiqov, Hafizə Rzayeva, Namiq Əhmədov, Fəxrəddin İbrahimov, Səfər Quliyev, Bəxtiyar Mahmudov, Etibar Musayev, Cavid Səfərov, Musa Abdullayev, Elşad Həsənov, Asəf Quliyev, Fərrux Bayramov və Lalə Həsənova minnətdarlıq edərək deyiblər ki, əlamətdar tarixi gündə dövlət mükafatlarına layiq görülmək böyük etimad olmaqla yanaşı, həm də ikiqat şərəfdir. Bu gün Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası inkişaf edir, tərəqqiyə qovuşur. Bütün bunların təməlində isə ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi dayanır. Muxtar respublikada geniş quruculuq işləri aparılır, bütün yaşayış məntəqələri müasirləşdirilir, insanlar rahat yaşayırlar. Bu inkişaf hər bir sakini doğma torpağa daha sıx tellərlə bağlayır. Müxtəlif sahələrdə çalışan insanlar muxtar respublikanın bugünkü inkişafında pay sahibi olmaqdan qürur duyurlar.

Təltif olunanlar bundan sonra da Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalacaqlarını və onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.