Cəmiyyət

Bakıda özbaşınalıq edən avtobus sürücüsü işdən qovuldu - VİDEO

26 Avqust 2015 10:50
13 Şərh     Baxış: 5 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

88 saylı xətt üzrə hərəkət edən marşrut sürücüsü qəza şəraiti yaradıb

Bakıda 88 saylı marşrut üzrə hərəkət edən avtobus sürücüsünün özbaşınalığını əks etdirən videomaterial yayılıb.

88 saylı avtobusun sürücüsü mikrorayon istiqamətindən Azadlıq prospektinə keçərkən iki halda kobud qəza şəraiti yaradıb.

Mikrorayon tərəfdən gələrkən yolun tam əks istiqamətinə çıxaraq digər yola keçib. Hansı ki, o yol Azadlıqdan mikrorayona gedənlər üçündür. Hələ bunlar azmış kimi, sürücülər ona yol vermədikləri üçün avtobusun sürücüsü narazılıq da edirdi.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, artıq yol hərəkəti qaydasını kobud şəkildə pozduğu üçün 88 saylı avtobus sürücüsü işdən kənarlaşdırılıb.

Bu barədə maşrut xəttinin direktoru Etibar Manafov bildirdi ki, hadisədən xəbər tutan kimi avtobusun sürücüsü Allahverdi Əkbərov yol polisinə aparılıb. Onun barəsində yol hərəkəti haqqında qanunu pozduğu üçün cərimə yazılıb. Bundan sonra həmin sürücü işdən kənarlaşdırılıb.

Sürücü Allahverdi Əkbərov isə qaydanı yolda tıxac yarandığı üçün pozduğunu deyib.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəkilə klikləyin.​

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.