Cəmiyyət

Bakıda avtobusdan yol polislərinin yanında təhlükəli ŞOU - VİDEO

25 Avqust 2015 13:33
12 Şərh     Baxış: 2 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının mərkəzində 88 nömrəli avtobus yolu necə gəldi keçir və təhlükə yaradır

Bakıda 88 nömrəli marşrut üzrə hərəkət edən avtobus sürücüsünün özbaşınalığını əks etdirən yeni videomaterial yayılıb. Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, videonu jurnalist Əzizə İsmayılova özünün Facebook səhifəsində paylaşıb. Jurnalistin bildirdiyinə görə, bu gün, təxminən saat 18:30 radələrində 88 saylı avtobusun sürücüsü mikrorayon istiqamətindən Azadlıq prospektinə keçərkən 2 halda kobud qəza şəraiti yaradıb: 

"Mikrorayon tərəfdən gələrkən yolun tam əks istiqamətinə çıxaraq "zapravka" yoluna keçib. Hansı ki, o yol Azadlıq-dan mikrorayona gedənlərindir. Sonra da videoda gördüyünüz mənzərə... Hələ bunlar azmış kimi, yol vermədiyimiz üçün bizə narazılıq edirdi.
Maraqlı olan isə budur ki, 4 metr yuxarıdakı "svetofor"un yanında xidmət aparan 4 YPX əməkdaşının heç biri bunu "görmədi" və "xəbərləri olmadı...""

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.​

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.