Cəmiyyət

Bakıda maşınlardan sallanıb ölümə gedən uşaqların növbəti VİDEOsu

25 Avqust 2015 13:44
3 Şərh     Baxış: 2 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu iki yeniyetmə olduqca təhlükəli hərəkətlər edir - Baxın, amma təkrar etməyin

Xəbər verdiyimiz kimi, son günlər Bakıda 2 yeniyetmə diyircəkli ayaqqabı geyinərək şəhərin mərkəzində avtomobillərdən yapışıb yol qət edirlər.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, həmin yeniyetmələr hər gecə Bakının müxtəlif nöqtələrində öz təhlükəli hərəkətlərini təkrarlayırlar. Onların hətta ölümlə üz-üzə qaldığı anlar da olur. Lakin öz əməllərindən əl çəkmirlər. İki gün əvvəl avtosfer.az-ın əməkdaşları həmin yeniyetmələri Şəhidlər xiyabanı istiqamətdə qara rəngli avtomobildən sallanıb gedərkən müşahidə ediblər.
Təəssüflə bildiririk ki, bəzən sürücülər də həmin yeniyetmələrə avtomobildən sallanıb getmək üçün şərait yaradırlar. Lakin hansısa xoşagəlməz hal baş verdikdə sürücünün də məsuliyyət daşıyacağını unutmayın!
Həmin görüntüləri təqdim edirik.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəkilə klikləyin.​

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.