Cəmiyyət

Bakı zooparkında bir sıra yeniliklər edilib - VİDEO

25 Avqust 2015 11:12
1 Şərh     Baxış: 1 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstər yayda, istərsə də qış aylarında bir sıra paytaxt sakinləri, istirahət günlərini maraqlı keçirmək üçün Bakı Zooparkına üz tutur. Burada müxtəlif ölkələrdən gətirilən heyvanlara tamaşa edərək günlərini xoş keçirməyə çalışırlar. Nə də olmasa, heyvanların hərəkətləri insanlarda, xüsusən də balacalarda maraq oyadır.

Milli.Az ANS TV-yə istinadən xəbər verir ki, zaman-zaman burada bəzi heyvanlar dəyişir, yeniləri gətirilir, zoopark ərazisində müəyyən yeniliklər gerçəkləşdirilir. Bütün bunlar da heyvanat parkına olan marağı daha da artırır. 

Eyni zamanda, bəzi suallar yaranır. Kəskin istilərdə parkdakı canlıların vəziyyəti necə olub? Burda hansı yeniliklər reallaşıb? Məlum oldu ki, zoopark sakinləri bir neçə ay davam edən kəskin istilərə tab gətirərək bu müddəti itkisiz başa vura bilib.

Zoopark rəhbərliyinin sözlərinə görə, heyvanlar üçün bütün lazımi tədbirlər görülüb və bu gün də görülməkdədir. Belə ki, istilərlə bağlı ayı, leopard, aslan, su quşlarının suyu hər gün dəyişdirilir, rasiona uyğun qidalar verilir. 

Eyni zamanda, ərazidə bəzi yeniliklər və dəyişikliklər də edilib. Belə ki, pələng üçün yeni böyük qəfəs və su hövuzu tikilərək istifadəyə verilib.

Bundan başqa zooparkın girişində ev heyvanları - quzu, keçi, dovşanlar üçün yeni güşə ayrılıb ki, burada da ziyarətçilər onları yemləyə biləcək. Qırmızı balıqlar da unudulmayıb, onlar üçün hovuz tikilib.

Bütün bu yeniliklər yaxın vaxtlarda ziyarətçilərin istifadəsinə veriləcək.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.