Cəmiyyət

Toyuna 1 ay qalmış gənci həkim şoka saldı - 10 gün vaxtı var

23 Avqust 2015 16:24
100 Şərh     Baxış: 18 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

27 yaşlı Tural Budaqov ağır xəstəlikdən əziyyət çəkir.

Onun müalicəsi mümkündür. Amma ailəsinin maddi imkanı çox zəifdir. Buna görə də, gəncin ailəsi media vasitəsi ilə imkanlı şəxslərə müraciət ünvanlayıb. 

Qafqazinfo ailənin müraciətini təqdim edir:

"Hepatit B virusuna yoluxan Tural Budaqovun anası Sitarə Budaqova: "Oğlum qara ciyərin serrozu xəstəliyindən əziyyət çəkir. Uzun müddətdir ki, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alandan sonra həkim açıq dedi ki, "Tural əgər dərhal əməliyyat olunmasa, 10 gün yaşaya biləcək". 

Cərrahiyyə əməliyyatını aparmaq üçün isə 50 min manat pul ödəməliyəm. Uzun müddət apardığımız müalicələr ailəmizin, onsuz da, ağır olan durumunu bir qədər də ağırlaşdırdı". 

S.Budaqova müalicə üçün maddi imkanlarının olmadığını deyir: "Artıq bu məbləği haradansa borc tapmaq belə bizə nağıl və yuxu kimi görünür. İmkanlı, qeyrətli Azərbaycan balalarına müraciət edirəm - balama yardım edin. Bir Ananın fəryadına biganə qalmayın. Tural da bu vətənin övladıdır və hər zaman da ona layiqli vətəndaş olub. Hər zaman dostlarının, ailəsinin sevimlisi olub. Mehriban, təvazökar, ağıllı, savadlı bir gəncdir. Cəmi bir aydan sonra onun çoxdan planlaşdırdığımız toy məclisi olacaqdı. Turalı sevən hər kəs dərd içində qovrulur.

Övladımız gözümüzün qabağında günbəgün saralıb, solur. Bu gün bizə yardım edin, övladımızı ölməyə qoymayın. Söz verirəm ki, əməliyyatdan sonra ailəmizin hər bir üzvü ömrümüzün axırınadək işləməli də olsa, sizlərin borcunu qaytarmağa çalışacaq. Bu gün, məhz sayılı günlər qaldığı üçün sizlərin yardımına ehtiyacım var. Allah da sizlərin yardımçısı olsun..."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.