Cəmiyyət

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edildi

13 Avqust 2015 21:07
1 Şərh     Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.

Əməliyyat saat 15:42-də başa çatıb.

FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş digər məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunublar.

Əməliyyat saat 16:45-də başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.