Cəmiyyət

Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümündən danışdı

9 Avqust 2015 15:47
50 Şərh     Baxış: 6 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"nin futbolçusu Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümünə münasibət bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, futbolçu özünün şəxsi "facebook" hesabında günahsız olduğunu deyib:

"Allahdan jurnalist Rasim Əliyevə rəhmət diləyirəm. Ruhu şad olsun. Çoxları məni tənqid edir ki sənin dostların öldürüb onu. Amma yox, bu, belə deyil. Mən heç kimə imkan vermərəm ki, mənə görə kimisə öldürsünlər. O jurnalistlə "facebook"da kiprli jurnalistlə olan müsahibəyə aydınlıq gətirmişik, amma normal şəkildə. Sonra da mehribancasına sağollaşmışıq. İndi isə hamı az qala mənə qatil adı verir. Nə oldu, mən həmin Cavidəm də, bir neçə gün əvvəl dilinizdən düşməyən. Sizcə, mən bu cür hərəkət edərəm? 

Bir misal gətirmək istəyirəm. Araz Abdullayev maşını ilə adam vurdu, jurnalistlər ona qatil damğası vurdular. İndi isə mənim günahım olmaya-olmaya məni ləkələmək istəyirlər. Bizə düşmən lazım deyil vallah. Adamın başının üstündə Allah var. Yazanda haqqına yazın. Çox təəssüflər olsun ki, haqqına yazan jurnalistlərimiz çox azdır". 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.