Cəmiyyət

Bəs Hacının evi yıxılsın? - FOTO

5 Avqust 2015 16:00
2 Şərh     Baxış: 4 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən evi tezliklə əsaslı şəkildə təmir olunmasa, tamamilə dağıla bilər.  

"Report" xəbər verir ki, milyonçunun 1885-1924-cü illərdə yaşadığı ev uzun müddətdir baxımsız qalıb və uçmaq təhlükəsi ilə üzləşib. 

H.Z.Tağıyevin evində hazırda məcburi köçkünlər məskunlaşıblar. 

Qeyd edək ki, 1920-ci ildə sovet qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində Tağıyevin bütün var-dövləti, mülkləri əlindən alınıb. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə milyonçuya yaşamaq üçün mülk seçmək imkanı verilib. O, Mərdəkandakı ata evini seçib. Ömrünün son illərini bu evdə keçirib. 1924-cü il sentyabrın 1-də bu evdə vəfat edib. Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra  Böyük Vətən Müharibəsi illərində bu evdə təxliyyə hospitalı yerləşib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.