Cəmiyyət

Bakıdakı dəhşətli qəzadan sağ çıxan sürücünün vəziyyəti ağırdır - FOTO

5 Avqust 2015 14:26
7 Şərh     Baxış: 3 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müstəntiq: "Yaralılar xəstəxanadan çıxdıqdan sonra ifadələri alınacaq"

Avqustun 2-də Bakının Sabunçu rayonunda baş verən dəhşətli yol qəzası zamanı ağır xəsarət alanlardan biri, "Lexus" markalı avtomobilin sürücüsü İsgəndər Qasımovun vəziyyəti ağırdır.

Bu barədə movqe.az-a danışan zərərçəkmiş sabah onurğa sütünundan əməliyyat olunacağını bildirib. İ.Qasımov xəstəxanada bütün xərcləri özü ödədiyini, indiyədək polisin ondan izahat almadığını söyləyib: "Mənimlə heç kəs maraqlanmır. Hadisəni törədənin yaxınları mənimlə bir dəfə də olsun maraqlanmayıb ki, ölmüsən, qalmısan? Başıma tikiş qoyulub, sabah əməliyyat olunmalıyam. Bütün xərcləri özüm ödəyirəm. Respublika Diaqnostika Mərkəzindəyəm. Nə hadisəni törədənin yaxınları mənimlə maraqlanırlar, nə də polis".

Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Asəf Məmmədov bildirib ki, faktla bağlı cinayət işi açılıb, hazırda istintaq davam edir: "Yol nəqliyyat hadisəsi zamanı ölən və yaralananlar var. Hadisə zamanı iki nəfər ölüb, 6 nəfər ağır dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törətməkdə şübhəli bilinən sürücünün özünün də vəziyyəti ağırdır, hazırda xəstəxanadadır. Onlar xəstəxanadan çıxdıqdan sonra ifadələri alınacaq. Biz cinayət işini başlatmışıq, zərərçəkənlər məhkəmə tibbi ekspertizasından keçdikdən sonra onların xəsarətlərinin dərəcələri müəyyənləşəcək". 

Xatırladaq ki, avqustun 2-də "Lexus", "Land Rover" və ZAZ markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Kamil oğluna məxsus ZAZ markalı minik avtomobilinin yanar hissələri yanıb və sürücü A.Hüseynov yanıq xəsarətləri ilə hadisə yerində ölüb. Qəzada yaralanan 11 yaşlı Hüseyn Hüseynov aldığı xəsarətlərdən xəstəxanada keçinib. Qəza zamanı yaralanan daha iki azyaşlının müalicəsi isə davam etdirilir.

Xəstəxanada dünyasını dəyişən 11 yaşlı Hüseyn sürücü A.Hüseynovun nəvəsidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.