Cəmiyyət

Azərbaycanda 50 dərəcə isti qonaqların geriyə yolunu bağladı

4 Avqust 2015 17:11
5 Şərh     Baxış: 5 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmirdə havanın hərarəti rekord həddə çatdı.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Kürdəmirdə ilin ən isti günü müşahidə edilib. Sakinlərin bildirdiklərinə görə, günorta saatlarında havanın hərarəti 50 dərəcəyə çatıb.

Hərarətin artıq olması kürdəmirliləri çətinliklə üz-üzə qoyub. İstiliyin yüksək olması səbəbindən açıq havada gəzişən insanlara da az rast gəlinib. İşi üçün açıq havada dolaşanların isə sığınacağı yerlər yalnız ağacların kölgəsi olub.

"Havalar həddindən artıq istidir. İşlə əlaqədar məcburuq kölgəyə sığınmışıq. Əlacımız yoxdur. Sərinliyə qaçıb giririk", - deyə rayon sakini Mehdi Mehdiyev bildirib.

Yayın ən isti günündə Kürdəmirdəki iaşə obyektləri xidmət üçün açıq olsa da burada da heç kimə təsadüf olunmayıb. Bəziləri isti hava şəraitində özlərini narahat da hiss ediblər. Vacib işi ilə əlaqədar Kürdəmirə gələn bəzi adamlar isə hətta geri qayıtmaq çətinliyi ilə də üzləşiblər. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkimi Bariz Kərimovun sözlərinə görə bu günlərdə günvurma halı ilə bağlı xəstəxanaya müraciət edən olmayıb. Ancaq həkimlər həddindən artıq istiliyin olduğu bir zamanda insanlara açıq havaya müəyyən saatlarda çıxmağı tövsiyə ediblər. 

"Bu isti orqanizim üçün çox zərərlidir və Kürdəmir əhalisinə mən məsləhət görürəm ki, saat 12 ilə 19 arası günəş şüası altında işləməsinlər", - deyə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Bariz Kərimov bildirib. Həkimlər isti havada mayedən daha çox istifadə etməyi məsləhət görürlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.