Cəmiyyət

Vay halına o namaz qılanların ki, öz namazlarında səhlənkardır

4 Avqust 2015 18:15
6 Şərh     Baxış: 2 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maun" surəsindəki "Vay halına o namaz qılanların ki, öz namazlarında səhlənkardırlar" ayəsində kimlərə işarə vurulur?

İslam dininə görə namaz, icra edilməsi hamıya və hər bir şəraitdə vacib olan bir ibadətdir. Heç bir üzr və bəhanə ilə namazı təxirə salmaq, tərk etmək olmaz. 
Milli.Az islam.az-a istinadən bildirir ki, ayədə ilk növbədə namazı bir müddət qılıb, sonra tərk edənlərə işarə vurulur. Həmçinin, "vacib işim var" bəhanəsi ilə namazı qılmayıb qəzaya verənlər, sonra qəza edənlər də bura aiddir. Bu cür şəxslər günah edirlər və dərhal öz əməllərindən tövbə etməlidirlər ki, ayədəki çox ağır və ciddi məzəmmətə layiq olmasınlar. Namaz əməllərini qeyri-kamil şəkildə, tələsik yerinə yetirmək, vacib hökmləri öyrənməyə barmaqarası baxmaq da ibadətin savabını aradan aparır. Həmçinin, namazı öz fəzilət vaxtında qəsdən qılmayıb yubatmaq da bəyənilmir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.