Cəmiyyət

Arının və Nəmrudun atəşinin əhvalatı

4 Avqust 2015 21:45
6 Şərh     Baxış: 2 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arı sürətlə hərəkət edirdi və Cəbrayıl (ə) ondan soruşur: "Hara gedirsən?" Dedi: "Allah bütün dünyaya xəbər etmişdir ki, bir aşiqim var (İbrahim (ə)) istəyirlər ki, onu yandırsınlar. Biz də bilirik ki, alovu su ilə söndürmək olar, ona görə də ağzımı su ilə doldurmuşam ki, bu alovu söndürəm". Cəbrayıl (ə) dedi: "Nə deyirsən? Sən bu kiçik canınla ağzına nə qədər su ala bilərsən ki?". Arı dedi: "Mən vəzifələndirilmişəm ki, bu işi görəm, gərək kömək edəm. Əgər etməsən, Qiyamət günü məsuliyyət daşıyaram. İstəyirəm ki, məni də alovu söndürənlərin siyahısına salsınlar."

Milli.Az deyerler.org-a istinadən bildirir ki, biz də gərək övliyaların günahı necə söndürdüklərinə nəzər salaq və özümüz övliya olmasaq da onlar kimi olmağa çalışaq. Gecələri oyaq qalaq, düyünləri açmağa cəhd göstərək, gözəl namaz qılaq, dinə kömək edə bilən bir iş görək. Bunları edərək, Allahı özümüzdən razı sala bilərik. Bəlkə bu yolla biz də övliyaların siyahısına daxil ola bilərik. 
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.