Gürcüstan Daxili İşlər Nazirliyi ölkəyə iyul ayında səfər edən xarici ölkə vətəndaşları ilə bağlı statistika dərc edib.
Milli.Az modern.az-a istinadən bildirir ki, qurumun yaydığı məlumata görə, iyul ayında Gürcüstana 160 min 285 Azərbaycan vətəndaşı səfər edib. Bu göstərici ilə vətəndaşlarımız Gürcüstana gedən əcnəbilər arasında 2-ci yerdədirlər. Gürcüstana ən çox səfər edənlər Ermənistan vətəndaşları (180 min 99 nəfər) hesab olunurlar. İyulda 152 min 178 nəfər vətəndaşı Gürcüstana gedən Türkiyə isə 3-cüdür.
Maraqlıdır ki, Gürcüstanın gərgin münasibətlərdə olduğu Rusiya turistləri də ölkəyə aktiv şəkildə istirahətə gəlirlər. İyul ayı ərzində 140 min 390 rusiyalı 2 ölkənin sərhədini keçib.
Ümumiyyətlə isə, iyul ayı ərzində Gürcüstana 737 min 696 nəfər əcnəbi ölkə vətəndaşı səfər edib.
Milli.Az