Cəmiyyət

Hacı Şahindan "I love Hacı Şahin" çantalarına MÜNASİBƏT

4 Avqust 2015 10:55
94 Şərh     Baxış: 6 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu il ibtidai sinif şagirdləri üçün hazırlanan çantaların üzərindəki yazılar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hətta bəzi çantaların üzərində "I love Hacı Şahin" sözləri də yazılıb.

Bununla bağlı Hacı Şahin Həsənli faktxeber.com-a danışıb. İlahiyyatçı bunu kimin, nə məqsədlə etdiyindən xəbəri olmadığını deyib: "Mən də sosial şəbəkələrdən öyrənmişəm. Ona görə bunu kimin təşkil etdiyi, nə şəkildə olduğu barədə hər hansı fikir söyləməkdə çətinlik çəkirəm".

"Bəs ümumiyyətlə fərdlərin adlarının bu formada çantaların üzərinə yazılmasına necə baxırsız?" sualına cavab olaraq isə Hacı Şahin Həsənli bu məsələyə düzgün baxmadığını deyib:

"Ən azından, bu barədə həmin insanın özü ilə danışmaq, razılığını almaq olardı. Təbii ki, mən buna razı olmazdım. Ümumiyyətlə, məktəbli çantalarının üzərinə şəxslərin adlarının yazılması, fikrimcə, düzgün deyil və heç bir anlamı yoxdur. Bunu bir insanın adından qazanc məqsədilə istifadə kimi qiymətləndirirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.