Cəmiyyət

Azərbaycanda rekord isti: +55 dərəcə - FOTO

3 Avqust 2015 19:46
28 Şərh     Baxış: 17 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün ölkənin aran rayonlarında son 25 ilin ən isti hava şəraiti müşahidə olunub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, açıq havada temperatur 55 dərəcəni keçib, kölgədə isə 39 dərəcə olub.

Bununla belə ən diqqətçəkən məqam odur ki, şiddətli istilərin olduğu aran rayonlarının (Salyan, Saatlı, Sabirabad, Neftçala, Şirvan, İmişli) heç birində təcili tibbi yardım stansiyasına günvurma ilə bağlı heç bir müraciət olmayıb. Yerli sakinlər bunu həm vərdişlə, həm də işlərini ehtiyatlı tutaraq belə qızmar günlərdə evdən bayıra çıxmamağa üstünlük vermələri ilə izah edirlər. Səhər saat 10-11-dən etibarən küçələrdə adamlara çox az rast gəlinir.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.