Cəmiyyət

Bu xəbəri çoxdan gözləyirdik!

3 Avqust 2015 15:19
12 Şərh     Baxış: 3 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakıda sərnişindaşımada istifadə olunan avtobusların hamısı kondisioner sistemi ilə təhciz olunmuş yeni avtobuslar olacaq. Nəzərdə tutulub ki, bir il ərzində bu proses başa çatsın". 

Bu sözləri movqe.az-a açıqlamasında "Bakı Sərnişin Nəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimli deyib. V. İbrahimli bildirib ki, artıq şəhərdaxili sərnişindaşımada istifadə olunan avtobusların çoxunda kondisioner sistemi var: "88, 65, 61, 116 saylı xətlərdə müasir, kondisioner sistemli avtobuslar fəaliyyət göstərir. Nəzərdə tutulub ki, paytaxtda sərnişindaşımada istifadə olunan bütün avtobuslar kondisionerli olsun. Bu proses davam etdirilir".  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.