Cəmiyyət

Bakıda 44 nəfəri gün vurdu

3 Avqust 2015 13:23
3 Şərh     Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havaların isti keçməsi səbəbindən ölkə ərazisində günvurmaların sayı artıb. Son üç ay ərzində 44 nəfəri gün vurub.
 
Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib.
 
Onun sözlərinə görə, may ayından bu günə kimi 44 nəfər günvurma ilə müraciət edib ki, onlardan 14 nəfəri xəstəxanaya yerləşdirilib.
 
O. Şahmalıyevin sözlərinə görə, son 3 ayda respublika ərazisində 27 nəfəri ilan sancıb. Bunlardan bir nəfər təcili yardım gələnə kimi dünyasını dəyişib və bir nəfər isə xəstəxanaya getməkdən imtina edib. 25 nəfər isə xəstəxanaya yerləşdirilib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.