Cəmiyyət

Bakı-Sumqayıt yolunda evlər söküləcək

3 Avqust 2015 12:49
1 Şərh     Baxış: 3 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 15-nə kimi Bakı-Sumqayıt qatarı istifadəyə verilməlidir. Hələ ki, bu istiqamətdə işlər davam etdirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdırılacaq ilk konteyner qatarının qarşılanma mərasimi zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin rəisi Cavid Qurbanov jurnalistlərə açıqlaması zamanı bildirib.
 
"Bakı-Sumqayıt dəmir yolunda xeyli sayda qanunsuz tikililər var, onları təmizləmək lazımdır. Həmin evlərin ilk öncə qeydiyyatı aparılır, daha sonra onlar kadastr xidmətinə, Maliyyə Nazirliyinə təqdim olunur. Ondan sonra hökumət kompensasiya ayırırsa, bu tikililərə görə pullar verilir və qanunsuz tikililər sökülür. Sürətin yüksək olmasına mane olacaq bəzi yerlərdə əyriliklər var, biz bunları da düzəldirik. Orta sürət 80-100 olmalıdır ki, sərnişin 40 dəqiqə ərzində Sumqayıtdan Bakının mərkəzində ola bilsin. "Stadler"dən aldığımız 5 qatardan başqa, Riqadan 5 dənə də əlavə təmir olunmuş qatarlar almışıq", - deyə C.Qurbanov bildirib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.