Cəmiyyət

Arif Yunus məhkəmədə ifadə verməkdən imtina etdi

3 Avqust 2015 12:42
Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, məhkəmə propsesində şahid qismində hüquq müdafiəçisi Sahib Məmmədov ifadə verərkən Arif Yunusun halı pisləşib və məhkəməyə təcili tibbi yardım briqadası çağırılıb. Arif Yunusa 3-cü dərəcəli hipertoniya diaqnozu qoyulub.

Həkimlər A.Yunusa ilk tibbi yardım göstərdikdən sonra onun ifadə verə biləcəyini bildirsələr də, A.Yunus ifadə verməkdən bilərəkdən imtina edib.

Hakim məhkəmə prosesində fasilə elan edib.

Məhkəmə prosesi bugün davam etdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.