Cəmiyyət

Kirayə evlərin qiyməti artacaq

3 Avqust 2015 12:18
1 Şərh     Baxış: 1 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avqustun sonlarında kirayə verilən evlərin qiymətində artım gözlənilir"

Bunu daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il artım ötən illə müqayisədə çox olmayacaq. O bunu daşınmaz əmlak bazarındakı durğunluqla əlaqələndirir: "Ötən il 12 faiz artım olub. Ondan əvvəl 8, 2013-cü ildə isə10 faiz olub. Yəni orta hesabla götürəndə hər il 10 faiz artım olur. Bu il avqustun axırı, sentyabrın əvvəllərində də artımın olacağı şübhəsizdir. Amma bu il bir az vəziyyət başqa cürdür. Daşınmaz əmlak bazarında durğunluq hökm sürür. Ona görə də bahalaşma təxminən 6 faizə qədər olsun".

Ekspert kirayəyə ev axtaranların ən çox müraciət edtiyi yerləri də açıqladı.

N.İbrahimovun sözlərinə görə, ən çox tələbat metrostansiyalar və ali məktəblərin ətraflarında təklif olunan evlərədir: "Kirayə ev axtaranlar daha çox ali məktəblərə yaxın əraziləri seçirlər. Bu insanların komfort istəyi və şəhər yollarında nəqliyyatın sıx olmasından irəli gəlir. Yəni hər kəs, hər gün evdən çıxarkən getdiyi yerin yaşadığı yerə yaxın olmasını istəyir. Qeyd edim ki, kirayə ev daha çox Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və digər ali məktəblərin ətrafında axtarılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.