Cəmiyyət

Selin dağıtdığı yol açıldı

2 Avqust 2015 18:07
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün axşam saatlarında Quba rayonunun "Qızılqaya" deyilən ərazisinə yağan güclü leysan yağışları nəticəsində yaranan sel Quba-Xınalıq yolunun 70-80 metrlik hissəsinin bağlanmasına səbəb olub. Hadisə yolun 56-cı kilometrliyində, Xınalıq kəndinə təqribən 1 kilometr qalmış qeydə alınıb.

"Azəryolservis" ASC-dən Milli.Az-a verilən məlumata görə, güclü sel suları özü ilə bərabər palçıq və daş gətirərək yolun alt hissəsindən keçən, diametri 1.5 metr olan iki suötürücüsünün girişini tutub, nəticədə yolun kənarına dolan sel suları yolun hərəkət hissəsini aşıb. Palçıq və daş Quba-Xınalıq yoluna dolaraq yolun bağlanmasına səbəb olub. Sel nəticəsində yol təsərrüfatına xeyli ziyan dəyib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən dərhal təbii fəlakətin baş verdiyi əraziyə xüsusi texnikalar və lazımi sayda canlı qüvvə səfərbər edilib. Qısa müddət ərzində palçıq və daşla örtülən yolun kənarı ilə alternativ yol salınaraq, nəqliyyat vasitələrinin hərəkəti Quba-Xınalıq və əks istiqamətdə bərpa edilib.

Bundan sonra  Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC-nin rəhbərliklərinin nəzarəti altında yolun açılması istiqamətində təxirəsalınmaz işlərə başlanılıb. Güclü selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində  gecə boyu və bu gün davam edən işlər nəticəsində yolun alt hissəsindən keçən hər iki suötürücüsü və yolun hərəkət hissəsi palçıq və daşlardan təmizlənmişdir. Bu gün günorta saatlarında yolda tam olaraq nəqliyyat vasitələrinin hərəkəti bərpa edilmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.