Cəmiyyət

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

2 Avqust 2015 09:08
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az anspress-ə istinadən tarixdə bu gün baş verən hadisələrə nəzər salır

Miladi: 02 avqust 2015

Hicri: 16 şəvval 1436

İlin 212-ci günü
İlin sonuna 153 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.16
Günəş - 06.38
Zöhr - 13.51
Əsr - 18.22
Məğrib - 21.11
İşa - 22.46

1589-cu ildə Fransa kralı III Henri vəfat edib

1696-cı ildə Osmanlı padşahı I Mahmud anadan olub

1875-ci ildə dünyanın ilk buz meydançası Londonda açılıb

1898 - Azərbaycan milli kinosunun yarandığı gündür. Bakıda ilk qısametrajli, səssiz film ("İlişdin") nümayiş olunub. Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamına əsasən, 2 avqust Milli Kino Günü kimi qeyd olunur. 

1922-ci ildə telefonun ixtiraçısı Aleksandr Qrem Bell vəfat edib

1955-ci ildə xalq artisti Fəxrəddin Manafov anadan olub

1961-ci ildə xalq artisti Ələkbər Hüseynov (Ələkbər əmi) anadan olub

1991 - Erməni təxribatçıları Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı daha bir terror aktı həyata keçiriblər. Hadrut (Xocavənd) rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşının partladılması nəticəsində 4 nəfər həlak olub, 8 nəfər yaralanıb. 

2001 - Soçidə MDB sammiti çərçivəsində Azərbaycan, Rusiya və Qazaxıstan prezidentləri Heydər Əliyev, Vladimir Putin və Nursultan Nazarbayev arasında keçirilən görüşdə Xəzərlə bağlı məsələlər müzakirə edilib. Prezidentlər İran hərbi gəmilərinin Azərbaycanın neft yataqlarında geofiziki kəşfiyyat aparan gəmisinə hücumunu (23 iyul) pisləyən birgə bəyanat qəbul ediblər. Rusiya və Qazaxıstan Azərbaycanın Xəzərlə bağlı konstruktiv, mübahisələri dinc yolla nizamlamaq xəttinə dəstək veriblər. 

2003 - Səhhətindəki problemlərlə bağlı Türkiyədə, Gülhanə Hərbi Tibb Akademiyasında (Ankara) müalicə olunan prezident Heydər Əliyev ARDNŞ-nin 1-ci vitse-prezidenti, millət vəkili İlham Əliyevin Azərbaycanın baş naziri təyin olunmasına razılıq verilməsi ilə bağlı Milli Məclisə təqdimat göndərib.

2009-cu ildə aktyor Elxan Ağahüseynoğlu vəfat edib

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.