Cəmiyyət

Azərbaycanda sərnişin qatarında həyəcan yaşandı - FOTO

1 Avqust 2015 23:37
0 Şərh     Baxış: 2 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində gedən sərnişi qatarı naməlum səbəbdən dayanıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə qatarda olan sərnişinlər xəbər verib.

Onların bildirdiyinə görə, saaat 21:00 da Bakı Dəmir yolu vağzalından çıxan qatar bir müddət sonra Babək prospektində "Bazar store"un yanında dayanıb.

Hazırda aralarında körpə uşaqlarında olduğu sərnişinlər yolda qalıb.

Faktı təsdiq edən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bu məsələ ilə bağlı ANS PRESS-ə bildirdi ki, qatarın dayanmasına səbəb yüksəkgərginlikli elektrik xəttinin qırılması olub.

"Hazırda hadisə yerində müfaviq iş gedir və bir müddət sonra qatar yoluna davam edəcək", deyə Nadir Əzməmmədov bildirib.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.