Cəmiyyət

KXCP-nin qurultayı keçirilir, Əli Kərimli və Arif Hacılı tədbirə qatılmayıblar - FOTO

1 Avqust 2015 13:12
Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) III qurultayı keçirilir.
 
APA-nın məlumatına görə, qurultayda KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edib.
 
M.Mirəlioğlu bildirib ki, 55 rayonda qurultaya hazırlıq üzrə konfrans keçirilib, 298 nümayəndə seçilib. O, qurultayda 230 nümayəndənin qeydiyyatdan keçdiyini bildirərək, yetərsayın olduğunu qeyd edib.
 
Daha sonra mandat və say komissiyası seçilib.
 
Sonra qurultaya qonaq qismində dəvət olunan siyasi partiyaların rəhbərləri çıxış ediblər.
 
Qurultayda Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, BAXCP, VHP, AXP, VİP, Ədalət Partiyası, AMİP və digər partiyaların sədrləri iştirak edirlər.
 
AXCP sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacılı qurultaya dəvət olunsa da, qatılmayıblar.
 
Dəvət olmasına baxmayaraq, YAP-dan qurultayda iştirak edən yoxdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.