Cəmiyyət

Əməllərimizin həcmi bizi aldatmasın

1 Avqust 2015 20:35
0 Şərh     Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam dinində həm kəmiyyət mühümdür, həm də keyfiyyət. Yalnız kəmiyyət keyfiyyətlə bir yerdə olarsa, faydalı olar.

Hədislərin birində oxuyuruq: "Xoş olsun o kəslərin halına ki, ürəkləri fikir və dilləri zikrlə məşğul olar". 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər bir keyfiyyətli yerinə yetirilən əməl - ən üstün əməl sayılar. Namazın özündə də qəlb hüzuru və keyfiyyət çox mühümdür. Nə zaman zikr fikirlə və kəmiyyət keyfiyyətlə bir yerdə olarsa, böyük bərəkətə səbəb olar. İmam Sadiq (ə) buyurur: "Niyyət əməldən üstündür. Agah olun ki, niyyət - əməlin həqiqətidir".
Bəs kəmiyyət mühümdür, yoxsa keyfiyyət?
Əgər 1 müstəhəb namazı keyfiyyətlə yerinə yetirsək yaxşıdır, yoxsa keyfiyyət olmayan 10 müstəhəb namazı?
Cavabı budur ki, kəmiyyət və keyfiyyət arasında seçim edərkən, insan əməlin keyfiyyətinə diqqət etməlidir. Yəni, daha az dua etsin, ancaq çoxlu təfəkkür etsin, qəlb hüzuruna malik olsun. İslam dini əməlin keyfiyyətinə diqqət edər. Əməlin keyfiyyətsiz çoxluğu insanı Allaha yaxınlaşdırmaz, xalis niyyət insanı Allaha yaxınlaşdırar.
İslam dini bizdən çox əməl istəmir, xalis əməl istəyir. Ona görə də bəzən Qiyamət günü tərəziyə dağ boyda əməl qoyarlar, ancaq heç bir çəkisi olmaz.
Ona görə də deyə bilərik ki, dinimizin ən çox diqqət etdiyi mövzu - əməlin batinidir. Həzrət Peyğəmbər (s) əhsənul-əməl haqqında buyurur: "Sizlərdən hər kimin kamil ağılı, daha çox Allah qorxusu, İlahi əmr və qadağalara görə daha çox agahlığı olarsa, baxmayaraq ki, müstəhəb əməlləri az olsa belə (əhsənul-əməl yerinə yetirmiş olar)".
Əmirəl-möminin (ə) buyurur: "O iş ki, ixlasla olar, zahirdə nə qədər az olsa belə, az deyildir. Allah dərgahında qəbul olan əməl necə az ola bilər ki?".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.