Cəmiyyət

Rəddi-məzalim nədir?

1 Avqust 2015 23:45
0 Şərh     Baxış: 1 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan bəzən həyatı boyu başqalarının haqqını tapdalayar. İnsanların hüququna riayət etməmək iki cür olur: maddi şeylərlə və maddi olmayan şeylərlə. Hamımız yaxşı bilirik ki, əgər kimsə bizim yanımıza bir malı qoyubsa - istər pul olsun və ya başqa bir şey - biz gərək onu sahibinə qaytaraq. Bu işi görməyincə, tövbəmiz qəbul olmaz. (Tebyan)
Ancaq bəzən biz yaddan çıxardırıq ki, kimdən borc almışıq və ya kimin malı yanımızdadır və onu qaytarmamışıq. Və ya kiminsə malına ziyan vurub, onun əvəzini ödəməmişik. İndi də həmin şəxsi tanımırıq. Bəs biz nə edək?
Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər sahibini tanıyırıqsa, gərək özünə qaytaraq və halallıq istəyək. Ancaq əgər sahibini tanımırıqsa və ya sahibini tapmaq mümkün deyildirsə, mərcəyi-təqlidin icazəsi ilə həmin pulu sədəqə vermək olar. Bu, rəddi-məzalim adlanır.
Əgər insan onun miqdarını bilirsə və sahibini tapmaqdan da ümidsiz olubsa, o zaman mərcəyi-təqlidin icazəsi ilə onu sədəqə verə bilər. Əgər miqdarını bilmirsə, təxmin etdiyi miqdarı sədəqə verməlidir. Əgər miqdarı heç cür bilmirsə, o zaman haram malın olduğu pulun beşdə birini xüms və sədəqə niyyətilə mərcəyi-təqlidin icazəsi ilə sədəqə verməlidir.
Əgər varis bilsə ki, ölən insanın qoyub getdiyi mal kimindir və əgər sahibini də tanıyırsa, ona qaytarmalıdır. Yox əgər tanımırsa və tanıması da mümkün deyildirsə, gərək mərcəyi-təqlidin icazəsi ilə həmin yəqin etdiyi malı yoxsullara sədəqə niyyətilə versin. Əgər miqdarı bilmirsə, həmin malın beşdə birini mərcəyi-təqlidin icazəsi ilə sədəqə verməlidir.
Əgər meyit vəsiyyət etsə ki, filan malı rəddi-məzalıim niyyətilə versinlər onu mərcəyi-təqlidin icazəsi ilə sədəqə vermək lazımdır.
"Üsuli-Kafi" kitabında oxuyuruq ki, Bəni-Uməyyə üçün çalışan bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və ona deyir ki, mənim xilas olmağım üçün yol vardırmı? İmam (ə) ona məsləhət görür ki, bu yolla əldə etdiyi malı sahiblərini tanıyırsa, onlara qaytarsın, tanımadıqlarını isə sədəqə versin. Bu zaman onun xilas olması mümkün olar.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.