Cəmiyyət

Quranın nasix və mənsux ayələri nə deməkdir?

1 Avqust 2015 19:15
0 Şərh     Baxış: 4 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dini termin olaraq, vaxtı keçmiş bir dini hökmün başqa hökmlə əvəz edilməsinə nəsx deyilir. Bu zaman dəyişən hökm mənsux, dəyişdirən isə nasix adlanıdırılır. Nəsx Peyğəmbərin zamanından sonra baş verə bilməz. Qurani-kərimdə buyurulur: "Biz hər hansı bir ayəni nəsx edir və ya onun unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk" (Bəqərə, 106).

Milli.Az islam.az-a istinadən bildirir ki, İslam hökmlərinin ana mənbəyi Quran və sünnə olduğu üçün, nəsx mövzusu da bu iki mənbəyə aiddir. İslam.az-ın məlumatına görə, sünnədəki bir hökmün sünnədə və Qurandakı başqa hökmlə nəsx olmasının mümkünlüyünü demək olar ki, bütün təqdiqatçılar qəbul edirlər. Quran ayəsinin başqa Quran ayəsi ilə nəsx olması da həmçinin. Amma Quranın hökmünün sünnə vasitəsilə nəsx olması hamı tərəfindən qəbul edilmir.

Müxtəlif müəlliflər Quranda 4-dən 500-ə kimi nəsxin olduğunu yazırlar. Lakin bəzi alimlər nəsx mövzusunda fərqli mövqeyə malikdirlər. Məsələn, mərhum Ayətullah Seyid Əbülqasim Xoyi "əl-Bəyan fi təfsir əl-Quran" kitabında Qurani-kəimdə nəsxin olmasını mümkün sayır və bunu məntiqdən kənar hesab etmir. Lakin o, sair müəlliflər tərəfindən nəsx ayəsi kimi təqdim edılən 36 məşhur ayəyə aydınlıq gətirərək bildirir ki, onların heç birinin nəsxlə əlaqəsi yoxdur, nasix və mənsux hesab edilən ayələr əslində eyni bir hökmün müxtəlif formalarda təqdimatından ibarətdir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.