Cəmiyyət

Sabahın hava PROQNOZu

31 İyul 2015 17:09
2 Şərh     Baxış: 2 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 1-də Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Temperaturun gecə 23-27°, gündüz 34-39° olacağı gözlənilir.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Şıx və Sahildə 28-29° isti təşkil edəcək.

Avqustun 5-dək Bakıda və Abşeron yarımadasında isti "hava dalğası"nın təsiri ilə əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə xüsusilə əlverişsiz olan kəskin isti temperatur diskomfortunun davam edəcəyi gözlənilir. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Naxçıvan Muxtar Respublikasında hava şəraiti yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək. Temperaturun gecə 19-24° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 17-22° isti, gündüz 29-34° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 20-24° isti, gündüz 35-40° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 19-24° isti, gündüz 34-39° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.