Cəmiyyət

Qabiliyyət imtahanlarında iştirak edə bilməyən abituriyentlərə

31 İyul 2015 16:39
1 Şərh     Baxış: 1 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən, lakin qabiliyyət imtahanlarında iştirak edə bilməyən abituriyentlərin hansı hallarda yenidən qabiliyyət imtahanı verə biləcəyini açıqlayıb.

Trend-in məlumatına görə, M.Abbaszadə bu gün abituriyentlər üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası keçirdiyi videokonfrans zamanı deyib ki, qabiliyyət intahanlarının keçirilməsi cədvəli əvvəlcədən elan edilir: "Lakin əgər hansısa abituriyent qabiliyyət imtahanlarında iştirak etməyibsə, onun üçün yenidən imtahan keçirilmir. Belə abituriyentlər üçün imtahan yalnız bu halda yenidən keçirilə bilər ki, abituriyent qabiliyyət imtahanlarının keçirildiyi gün xarici ölkədə hansısa vacib yarısda iştirak etsin. Bu zaman abituriyentin yarış nəticələri nəzərə alınmaqla apelyasiya zamanı qabiliyyət imtahanı keçirilir".

M.Abbazzadə bildirib ki, bütün imtahanlar bitdikdən sonda onlarla bağlı apelyasiya şikayətlərinə baxılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.