Cəmiyyət

20 yaşlı gənc əmisini və onun tanışını bıçaqladı

30 İyul 2015 22:20
5 Şərh     Baxış: 1 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Şabran rayonunda bıçaqlanma faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Gəndob kəndində qeydə alınıb. Şabran rayonu, Xırdaoymaq kənd sakini 20 yaşlı Rövşən Dadaşov,  əmisi Elxan Dadaşovun evində qonaq olub. İçki məclisi zamanı yaranmış mübahisə zamanı qardaşoğlu əmisinə və onun qonağına bıçaq xəsarətləri yetirib.
 
R.Dadaşov əmisi  E.Dadaşova qarın nahiyəsindən bir və evdə qonaq olan 44 yaşlı Gəndob kənd sakini Şahin Mürsəliyevə qarın nahiyəsindən iki bıçaq zərbəsi endirib.
 
Yaralılar dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılaraq əməliyyat olunub, vəziyyətləri stabildir.
 
Hadisənin törədən 20 yaşlı gənc saxlanılıb. Onun barəsində Şabran rayon Polis Şöbəsində cinayət məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.