Cəmiyyət

İki gün qaldı

30 İyul 2015 16:00
14 Şərh     Baxış: 4 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 1-dək avtomobilini texniki baxışdan keçirməyən sürücülər cərimə olunacaqlar.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, yük maşınlarından başqa, bütün avtomobillərin texniki baxışdan keçmə müddəti başa çatır. Bu səbəbdən bütün sürücüləri əvvəlcədən xəbərdar etdiklərini deyən V.Əsədov qeyd edib ki, texniki baxışdan keçməyənlərin hələ vaxtları var: "Texniki baxış nəqliyyat vasitəsinin istehsal ilindən asılı olaraq həyata keçirilir. 2015-ci il istehsallı avtomobil texniki baxışdan keçdikdən sonra 4 il müddətində bu prosesdən azad olur. Yəni 2015-ci il istehsallı avtomobil 2019-cu ilədək texniki baxışdan keçirilmir. Sonrakı illər ərzində isə bir ildən bir keçirilməlidir. Nəqliyyat vasitəsinin istehsal müddəti 10 il tamam olduqdan sonra hər il keçirilir. Məsələn, 2011-ci il istehsallı avtomobillər texniki baxışdan 2016-cı ildə keçəcək. 2010-cu ilin maşınları isə bu il keçməlidir".

Qeyd edək ki, texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır. Əgər sürücü cərimələnibsə, o, 10 gün ərzində avtomobili texniki baxışdan keçirməlidir və bu müddət ərzində onu təkrar cərimələyə bilməzlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.