Cəmiyyət

Azərbaycan gəncləri Çinin nüfuzlu ali məktəblərində təhsil ala biləcəklər

29 İyul 2015 18:20
0 Şərh     Baxış: 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Çin Xalq Respublikası (ÇXR) Təhsil Nazirliyi arasında imzalanmış sazişə uyğun olaraq, 2015-2016-cı tədris ilində Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, sazişə uyğun olaraq, hazırda 38 nəfər Azərbaycan vətəndaşı Beynəlxalq əlaqələr, Beynəlxalq iqtisadiyyat və ticarət, Mülki və ticarət hüququ, Politologiya və dövlət idarəçiliyi, Yeni və ən yeni Çin ədəbiyyatı, Uşu, Kommunikasiya və informasiya sistemləri, Neft və təbii qaz mühəndisliyi, Maşınqayırma mühəndisliyi, Antropologiya, Beynəlxalq maliyyə və investisiya və digər ixtisaslar üzrə Çinin yüksək reytinqli ali məktəblərində təhsil ala biləcək.

Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Ali məktəbdə qeydiyyat xərci, təhsil haqqı, laboratoriya xərci, təcrübə xərci, tədris materialları, yataqxana xərci, Pekindən təhsil yerinə bilet, aylıq yaşayış xərci ÇXR tərəfindən qarşılanır. Əlavə olaraq, Azərbaycan tərəfindən tələbələr üçün hər tədris ilində bir dəfə gediş-gəliş bileti təmin olunur.

Çinin ali məktəblərində təhsil almaq istəyən şəxslərin seçimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.