Cəmiyyət

İsti havalardan necə qorunmalı? - VİDEO

29 İyul 2015 21:21
1 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yayın ən qızmar günlərini yaşayırıq. Temperatur 40 dərəcəyə çatıb. Hidrometeoroloqlar isə temperaturun 42 dərəcəyə çatacağını bildirirlər. İsti hava qışdan sonra insanlara xoş gəlsə də, temperaturun həddindən artıq yüksək olması ciddi sağlamlıq problemləri yaşada bilər. Yayı problemsiz keçirmək istəyirsinizsə, diqqətiniz bizdə olsun. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, paytaxtda temperaturun 40 dərəcə olmasına baxmayaraq, günün qızmar vaxtında küçələrdə çoxlu sayda insanlar görmək olur. Kimi günəşin təsirindən qorunmaq üçün müxtəlif vasitələrdən istifadə edir, kimin üçün isə bu istilər adiləşib.
 
Əksər vaxt insanlar isti havada düzgün davranış qaydalarını bilmədikləri üçün yayı xəstəliklə başa vururlar. Düzgün qidalanmamaq, spirtli içkilər qəbul etmək, açıq havada çox qalmaq sonradan bir çox fəsadlar yaradır. Bakı şəhəri Təcili və Tibbi Yardım Stansiyası havaların isti keçməsi ilə əlaqədar əhalini diqqətli olmağa çağırıb. Stansiyanın böyük həkimi Bənövşə Quliyeva bildirib ki, anomal isti havalarda küçədə çox vaxt keçirmək olmaz. Onun sözlərinə görə, bu vaxta qədər günvurma ilə bağlı 103 Təcili Yardım Stansiyasına 34 müraciət daxil olub. Onlardan 10 nəfəri xəstəxanalara yerləşdirilib. Qalanlarına isə yerindəcə yardım olunub: "Tövsiyə edərdim ki, xroniki xəstələr, yaşlı və körpələr, həssas insanlar saat 12-dən 17-dək çalışıb bayıra çıxmasınlar. Əgər hansısa başgicəllənmə, baş ağrısı, ya susuzluq hiss edərlərsə, sərin bir yerə çəkilməlidirlər. Çoxlu sayda maye qəbul etməlidirlər və dərhal 103 xidmətinə müraciət etmək lazımdır".
 
Həkim deyir ki, belə havada insanlar təbii, açıq rəngli, bədənə çox yapışmayan paltarlar geyinməlidirlər. Baş örtüklərindən, çətirlərdən istifadə etməli, sərinləşdirici içkiləri çox qəbul etməli, yağlı yeməklərdən, spirtli içkilərdən imtina etməlidirlər. Həkim məsləhət görür ki, həddindən artıq sərin yerdə də durmaq olmaz. Qəfil istiyə çıxanda təzyiq aşağı düşə bilər və bu, ölümlə nəticələnər. Vətəndaşlar günvurma və ya istivurmaya məruz qalmış adam gördükdə, onu kölgəyə çəkməli, alnına və ayaqlarına soyuq, nəm əski qoymalıdırlar: "Günvurma ən birinci başgicəllənmə, halsızlıq, ürəkbulanma, gözlərdə qaralma ilə büruzə verir".
 
Bəs vətəndaşlarımız günvurma barədə nə dərəcədə məlumatlıdır?
 
- Bəzən insan məcbur olur. Onsuzda hava soyumayacaq, ona görə də gərək bütün günü evdə oturaq. Bəzi məcburiyyətlərə görə evdən çıxırıq.
 
- Evdə darıxdıq, dedik çıxaq şəhərimizin gəzməli yerlərinə bir baxaq. Ən çox sifət cizgilərimizi qoruyuruq ki, gün ləkələməsin, kölgəli yerlərdə otururuq.
 
- Gəlmişəm parkda dincəlirəm, Gərək yaşlı insanlar, gənclər, cavanlar isti vaxtı günəş qabağına çıxmasınlar. Çünki bu, sağlamlıq üçün zərərlidir. Ona görə də ağacların kölgəsində oturub dincəlirik.
 
Hidrometeoroloqlar yaxın iki-üç gün ərzində ölkə ərazisində isti, yağmursuz hava şəraitinin müşahidə olunacağını proqnozlaşdırır. Havanın temperaturu gecə saatlarında 22-26, günorta saatlarında isə 35-38, bəzi ərazilərdə isə 40 dərəcə isti müşahidə olunacaq.
 
İsti hava bölgələrimizdə də müşahidə olunur. Belə ki, havanın temperaturu mərkəzi Aran rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında 35-40, bəzi ərazilərdə 42 dərəcə, dağlıq rayonlarda isə gündüz saatlarında 33-38 dərəcə isti olacaq. İsti havada ürək-damar xəstəliyindən əziyyət çəkənlər, vərəm və şəkərli xəstələr, immuniteti zəif olanlar özlərini qorumalıdır. Yaşlı və həssas insanlar isə xüsusilə diqqətli olmalıdır. Yaxın iki-üç gün ərzində müşahidə olunacaq durğun hava şəraiti onlar üçün olduqca əlverişsizdir.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikəyin.​

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.