Cəmiyyət

Tərəkəmənin bir günü - VİDEO

29 İyul 2015 20:56
0 Şərh     Baxış: 1 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havalar bir qədər istiləşən kimi heyvandarlıqla məşğul olan fermerlərin yaylağa köçü başlanır. Elə ki, köç vədəsi yetişir, atlar, qatırlar yüklənir, camaat yaylağa üz tutur. Bir tərəfdə qoyun-quzu, mal-qara sürüləri, digər tərəfdə isə at belində yaşlılar, qadınlar və uşaqlar. Yolboyu çobanların səs-küyü, qoyun-quzu mələşməsi, it hürüşməsi və s. 

TTV (Region TV) xəbər verir ki, tərəkəmələr, yəni köçəri heyvandarlıqla məşğul olanlar yayda otun bol, havanın sərin olduğu yerlərə - yaylaqlara, payızda isə arana köçürlər. Fətəli İsmayılov uzun illərdir çobanlıq edir. O deyir ki, yaylağa qalxmamışdan öncə köç hazırlığı görülür, ərzaq, qab-qacaq, pal-paltar, mitil tədarük edilir. Onun sözlərinə görə, canavarlar köç zamanı mal-qaraya hücum etmir. Amma gecə düşən kimi sürünü yırtıcı heyvanların hücumundan qorumaq çətinləşir. Buna görə də, heyvanları sağ-salamat yaylağa çatdırmaq üçün yanlarındakı boz köpәklər yol boyu çobanların yoldaşı olur.

Dağ döşünə yayılmış sürülər tərəkəmə həyatının əmin-amanlığından, bərəkətindən və gümrahlığından xəbər verir. Çoban deyir ki, yaylaqda heyvanların gəzərək qəbul etdiyi qida qışlaqda oturaq qəbul etdiyi qidadan iki dəfə çoxdur və xeyirlidir.

Dağ mövsümü tərəkəmə üçün əsl ruzi mövsümüdür. Çünki bu vaxt gül-çiçək qarışıq ot dizə vurur, heyvanlar yaxşıca kökəlir, südə, ətə-qana gəlir.

Tərəkəmələrin köç həyatı payız aylarınadək davam edəcək. İndi onlar yaylaqda qışlağa da yem tədarükü görürlər.

Milli.Az

Videonu izləmək üçün şəkillərə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.