Cəmiyyət

Bakı-Qazax avtomagistralında yeni radarlar

28 İyul 2015 18:05
2 Şərh     Baxış: 2 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Qazax avtomagistralında ölümlə nəticələnən yol qəzalarının sayı yüksəkdi. Bunun qarşısını almaq, sürət həddini tənzimləmək üçün müəyyən işlər görülür.

Kəpəz TV (Region TV) xəbər verir ki, bu məqsədlə Tovuz rayonu ərazisində radar və ya kameraların yerləşdirilməsi üçün qurğular quraşdırılıb. Ötən gündən etibarən rayonun giriş hissəsində və Qovlar qəsəbəsi ərazisində bu qurğular yol kənarında torpağa bərkidilib. 2 metrə yaxın hündürlüyü olan dəmir qurğular sürücülərin gecə saatlarında rahat görməsi üçün müxtəlif rənglərlə işarələnib və üzərlərinə rəqəmlər yazılıb.

Bakı-Qazax avtomagistralında hərəkət edən sürücülər isə bu qurğuların görəcəyi işdən xəbərsizdilər. Amma onlar rayon ərazisində radarların olmasını vacib hesab edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.