Cəmiyyət

Məmur: "Ümid ancaq Allaha qalıb. Vəziyyət daha da pisləşəcək"

28 İyul 2015 15:56
14 Şərh     Baxış: 8 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbəti aylarda vəziyyət daha da pisləşəcək.

Bu fikirlər Qazax rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşova məxsusdur.

Milli.Az-a Qazaxda son zamanlar suvarma sistemində yaranan problemlə əlaqədar şikayət daxil olub.

Qazaxbəyli sakinləri iddia edirlər ki, ötən aylara nisbətən kəndə təsərrüfatın suvarılması üçün ayrılan suyun həcmi azaldılıb.

Səbəb isə məlum deyil. Ötən ay gün ərzində kəndə 160-170 liter su verilirdisə, indi bu rəqəm 80-ə endirilib. Nəticədə isə sakinlər təsərrüfatlarını sulamaq imkanından məhrum olurlar. Məhsul isə batıb gedir.

Kəndin su təsərrüfatına məsul olan şəxs isə məsuliyyəti üzərindən ataraq rayon səviyyəsində su təchizatının azaldıldığını bildirir.

Rayonun su təchizatına cavabdeh olan Abbas Göyüşov günahı təbiətdə görür. Milli.Az-a açıqlamasında o bildirdi ki, son zamanlar havaların quraq keçməsi səbəbindən kəndlərin su təchizatını azaltmağa məcbur qalıblar.

Qazaxın kəndlərinə gələn arxların başladığı göldə suyun səviyyəsi azaldığından kəndlərə verilən suyun miqdarı da azaldılıb:

"İndi ümid Allaha qalıb, gərək yağış yağsın ki, suyun verilişi əvvəlki səviyyədə bərpa olunsun".

A.Göyüşov rayonun su təchizatını yaxşılaşdırmaq üçün meliorasiya sahəsində müəyyən işlərin  aparıldığını da bildirdi. Arxlarda su itkisinin qarşısını almaq üçün betonlama işlərinı başlanılıb.

Onun açıqlamasından belə anlaşıldı ki, tək Qazaxın yox, yaxın rayonların - Ağstafa, Şəmkir, Tovuzun da suvarma sistemi, hələ ki, təbiətin insafına buraxılıb. Təsərrüfatların susuzluqdan əziyyət çəkməməsi üçün hələ ciddi tədbirlər görülməyib.

Yağış olacaqsa, məhsul olacaq, olmayacaqsa...

Ömər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.