Cəmiyyət

700 bal toplayan Elçin: "2 il televizora baxmamışam"

28 İyul 2015 15:27
36 Şərh     Baxış: 6 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dərsimə gündə 5-6 saat vaxt ayırırdım. Qalan vaxtımı isə istirahətə ayırırdım. 2 il ərzində, xüsüsilə də 11-ci sinifdə televizora baxmamışam.

Bunu anspress-ə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının II və III ixtisas qrupları üzrə keçirdiyi imtahanda maksimum nəticə göstərərək 700 bal toplayan Elçin Qasımov deyib.

Gəncə şəhər sakini, 1999-cu il təvəlüdlü Elçin bacısı Gülçinlə birlikdə II ixtisas qrupu üzrə imtahan verib. Gəncə şəhər 1 saylı tam orta məktəbin məzunu olan Elçinin ailəsi 4 nəfərdən ibarətdir. Bacısı Gülçin Qasımova da qəbul imtahanında yüksək bal toplayıb - 685 bal.
Elçin Qasımov imtahana gedəndə həm bacısı, həm də özünün yüksək nəticə toplayacağı barədə inam olduğunu deyib. "Bacımla birlikdə 2 il müəllim yanına getmişik. İmtahana gedəndə özümə çox arxayın idim. Nəticəmin belə olacağını gözləyirdim".

Gündə 5-6 saat dərs oxuduğunu deyən Elçin istirahətini də vaxtı-vaxtında etdiyini bildirib.

O, indi təhsilini Azərbayan Diplomatik Akademiyasında davam etdirmək istədiyini deyib.

"Xaricdə Təhsil üzrə Dövlət Komitəsinə müraciət etmişəm. Alınsa, xaricdə təhsil almaq, gələcəkdə yaxşı iqtisadçı olmaq istəyirəm".

Xatırladaq ki, iyul ayının 25-də II və III ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələri dünən elan olunub.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 29 590 (15841 nəfər II qrup üzrə, 13749 nəfər III qrup üzrə) abituriyentdən 971 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 28 619 abituriyentdən 12 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə isə 4 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

İxtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.