Cəmiyyət

Əgər müstəhəb namazlar camaatla qılına bilməzsə...

28 İyul 2015 22:25
1 Şərh     Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər müstəhəb namazlar camaatla qılına bilməzsə, niyə bayram və təravih namazları camaatla qılınır?

Əhli-sünnə məzhəbinə görə müstəhəb namazların camaatla qılınmasına maneçilik yoxdur. Təravih namazı əhli-sünnə məzhəbinə aiddir və Ramazan gecələrində camaatla qılınır. 
Milli.Az islam.az-a istinadən bildirir ki, cəfəri məzhəbində isə müstəhəb namazlar camaatla qılınmaz. Hətta imamın müstəhəb yoxsa vacib namaz qıldığı bilinməsə, ona iqtida etmək də icazəli deyil. Lakin bayram namazları istisnadır. Çünki cəfəri fiqhinə görə, bayram namazları imamların zamanında vacib olmuşdur, 12-ci imamın qeyb dövründə müstəhəbdir, həzrətin zühurundan sonra yenə vacib olacaq. Buna görə də bayram namazları mütləq olaraq müstəhəb sayılmır və camaatla qılınması mümkündür.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.