Cəmiyyət

“Müstəzəf” sözü kimlərə aiddir?

28 İyul 2015 21:25
1 Şərh     Baxış: 3 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dini mətnlərdə rast gəlinən "müstəzəf" sözü kimlərə aiddir?

Ərəb dilindən tərcümədə "müstəzəf" zəifləmiş mənasını verir. Dini anlamda bu ad elə insanlara aid edilir ki, onlar hər hansı üzürlü səbəb üzündən haqqı tam anlamağa qadir deyillər. Məsələn, onların əqli səviyyəsi buna imkan vermir, yaxud dünyagörüşləri həddən artıq dardır. 
Milli.Az islam.az-a istinadən bildirir ki, yaşadıqları coğrafi, sosial, siyasi mühit üzündən haqqla tanışlıq əldə edə bilməyən şəxslər də müstəzəf adlanır. Məsələn, İslam haqqında düzgün təsəvvür əldə etməyə gücü çatmayan, bunun üçün informatik vasitəsi olmayan şəxslər də bura aiddir. Müstəzəflər anlamadıqları və əlləri çatmayan məsələlərdə məsuliyyətdən azaddırlar və qiyamət günündə buna görə cavab verməyəcəklər.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.