Cəmiyyət

18 yaşında canına qıyan nişanlı qızın acı həyat hekayəsi - VİDEO

28 İyul 2015 11:50
40 Şərh     Baxış: 13 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Kürdəmir rayonunda dəhşətli hadisə baş verib. Belə ki, rayonun Pirili kəndində yaşayan 1997-ci il təvəllüdlü Qəhrəmanova Bikəxanım Rəhim qızı özünü asaraq intihar edib. Onun meyidi evin həyətindəki tövlədə asılı vəziyyətdə tapılıb.

Bildirilir ki, bu günlərdə 18 yaşlı B.Qəhrəmanova ali məktəbə qəbul olunmaq üçün imtahan verib. Lakin onun nəticələri qənaətbəxş olmayıb. Milli.Az atv.az-a istinadən bildirir ki, bundan sonra sarsıntı keçirən 18 yaşlı qız özünü öldürüb.

B.Qəhrəmanova nişanlı olub.

"ATV xəbər"in əməkdaşları sözügedən qızın ailəsinə baş çəkiblər, baş vermiş hadisənin təfərrüatlarını öyrənməyə çalışıblar.

Həmin sujeti təqdim edirik:

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.