Cəmiyyət

Bakıda qadınların qənimi ələ keçdi

27 İyul 2015 14:43
2 Şərh     Baxış: 2 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri ərazisində bir qrup şəxsin pul, qızıl və məişət əşyalarını quldurluq yolu ilə almış şəxs tutulub.

Milli.Az lent.az-a istinadən bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il müxtəlif vaxtlarda Bakı şəhəri ərazisində Xanımqız Əhmədovanın, Zemfira Ağabəyovanın, Şəhla Hüseynovanın, Zoya Hüseynovanın, Aişə İsmayılovanın, Gülümzər Həmzəyevanın və Elmira Hüseynovanın pul, qızıl və məişət əşyalarını quldurluq yolu ilə almış şəxsin paytaxt sakini, əvvəllər məhkum olunmuş Əli Məlikov olması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Məlikov tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.